AFFA Media Komitəsinin ilk iclası keçirildi

Bu gün AFFA-nın inzibati binasında AFFA yanında Media Komitəsinin İşçi Qrupunun ilk iclası keçirilib.

Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş katib Elxan Məmmədov Media Komitəsinin yaradılması istiqamətində qısa müddət ərzində ciddi işlərin görüldüyünü vurğulayıb. 

İşçi Qrupda vakant yerə AFFA sportbox.az saytının redaktoru Elmir Əliyevin namizədliyini irəli sürülüb. Elmir Əliyev İşçi Qrupun üzvləri tərəfindən yekdilliklə qrupa üzv seçilib.

Müzakirələrdə komitənin fəaliyyətinin hüquqi bazasının hazırlanması, görüləcək işlərin konkret istiqamətinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right