Şahin Diniyev: "Sumqayıt" oyununa daha məsuliyyətli hazırlaşırıq"

"Kəpəz"in baş məşqçisi Şahin Diniyev newsport.az-a danışıb. Gəncə klubunun baş məşqçisi bu həftə "Sumqayıt"a qarşı keçirəcəkləri görüş barədə fikirlərini bildirib. Diniyev komandada bəzi oyunçuların zədəli olduğunu, buna baxmayaraq "Gənclik şəhəri" təmsilçisi ilə oyuna ciddi hazırlaşdıqlarını bildirib: 

“İki gündü “Bakı”nın bazasındayıq. Yaxşı təbii meydançalar var.Yaratdıqları şəraitə görə rəhbərliyə təşəkkür edirəm.Oyuna olduqca ciddi hazırlaşırıq. Gəncə stadionunun ot örtüyü təbiidi deyə, sünii örtüklü meydançalarda oynamağa əziyyət çəkirdik.

Bəzi zədəlilərimiz var. Budaq Nəsirov, Tərlan Quliyev və Orxan Əliyev zədəlidi. Buna baxmayaraq, “Sumqayıt” oyununa hazırlaşırıq. Bizim üçün vacib oyundu. Mənə elə gəlir uşaqlar bu oyuna daha məsuliyyətlə hazırlaşacaq. Komanda şəklində oyunun məsuliyyətini dərk edirik və ciddi olaraq hazırlaşırıq".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right