Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin 23-cü turunun "Qəbələ" - "Xəzər Lənkəran" oyununun vaxtı dəyişdirilib.
Newsport.az-ın məlumatına görə, sözügedən matç fevralın 25-də deyil, fevralın 27-də baş tutacaq.
Buna səbəb "Xəzər Lənkəran"ın əvəzedici heyətinin üzvlərinin həm də U-19 liqasında oynamasıdır. (PFL)