Rusiya millisinin baş məşqçisi: "Bilirdim ki, Azərbaycanın heyətində çatışmazlıqlar var"

"Azərbaycan millisi ilə keçən il oynamışdıq. Onda çətinliklə qalib gəlmişdik. Rəqibin güclü komanda olduğunu bilirik".

Newsport.az-ın məlumatına görəbu sözləri Rusiyanın 17 yaşlılardan ibarət milli komandasının baş məşqçisi Sergey Matveyev deyib.

Bu gün Bakı Olimpiya Stadionunda yığmamızla qarşılaşan ruslar Təbrizs Həsənovun rəhbərlik etdiyi komandanı 5:1 hesabı ilə darmadağın ediblər. Rus mütəxəssis oyundan sonra verdiyi açıqlamada fikirlərini belə izah edib:

"Böyük hesabla qalib gəlsək də, rəqib bizə qarşı yaxşı mübarizə apardı. Bu gün əks-hücumlara sürətli çıxdıq və yaratdığımız imkanlardan maksimum yararlandıq. Yaxşı oynayıb qələbə qazandıq. Bilirdim ki, onların heyətində çatışmazlıqlar var".

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right