"Xəzər Lənkəran”ın 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Bayram Budaqovla müqavilə imzalayacağı ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq.
Newsport.az saytının məlumatına görə, cənub klubu artıq Bayramın bütün sənədlərini həll edib. Hücumçu ilə bu həftə müqavilə imzalanacaq.
Nəzərinizə çatdıraq ki, Ukraynanın "Dnepr” klubunun yetirməsi olan Budaqov bir müddət "Xəzər Lənkəran”ın əvəzedici komandasında məşq edəcək. O, oyun praktikasını qurduqdan sonra əsas komandaya cəlb olunacaq.