Azərbaycan Premyer Liqasının XXII turunda "Rəvan” üzərində minimal hesablı qələbə qazanan "Qəbələ” artıq fikrini "Xəzər Lənkəran”la qarşılaşmaya yönəldib.
Newsport.az-ın məlumatına görə,əyalət təmsilçisi cənub klubu ilə qarşılaşamanın hazırlıqlarına sabahdan etibarən Qəbələdə start verəcəklər.
"Rəvan” üzərində qələbədən sonra komandada əhval-ruhiyyə yerindədir. Ancaq bir məqam Roman Qriqorçukun rəhbərlik etdiyi məşqçilər korpusunu narahat etməyə bilməz. Belə ki, hazırda iki futbolçu zədədən əziyyət çəkir. Dodo və Aleksey Antonovun "Xəzər Lənkəran”la oyunu burxacağı böyük ehtimalla dəqiqləşib. "Rəvan”la oyundan öncə səhhətində problem olan və Bakı klubu ilə qarşılaşmanı burxan Raşad Sadiqovun komanda ilə birgə çalışacağı gözlənilir.
Qeyd edək ki, "Qəbələ” – "Xəzər Lənkəran” oyunu fevralın 27-də baş tutcaq.