"Qəbələ"nin kapitanı: "Orda penalti görmədim" MÜSAHİBƏ

"Qəbələ”nin kapitanı Aleksey Qay Azərbaycan Premyer Liqasının XXII turunda "Rəvan” üzərindəki qələbədən sonra (1-0) Newsport.az-ın suallarını cavablandırıb. Ukraynalı futbolçu qarşılaşma haqqında bunları deyib:
 
"Qələbə qazanmaq asan olmur. Bunun kifayət qədər səbəbləri var. Əsas məsələ ondadır ki, rəqibi sıxaraq qələbəni əldə edə bildik. Bu, daha yaxşı qiymətləndirilir.”
 
- Rəqib iki epizodda penalti tələb etdi. Həmin mübahisəli epizodlara yaxın idinmi?
- Həmin epizodlardan biri yadımdadır. Ancaq penaltiyə səbəb olacaq qayda pozuntusu görmədim.
 
- Komanda son 3 oyunda qalib gəlsə də, bunu 1 qol vurmaqla bacarır. Bunun səbəbi nədir?
- Futbolda ən gözəl şey tablodakı rəqəmlərdir. Əgər qələbə qazanmışıqsa, hamımız bundan razı olmalıyıq.  Əlbəttə, qolların sayının çox olmasını istəyirsən. Bunun üzərində maksimum çalşırıq. İnanıram ki, növbəti oyunlarda daha yaxşı olacaq.
 
- "Qəbələ” zəif rəqiblər üzərində çətin qələbə qazanır...
- Mən rəqibləri güclü və zəif qruplara bölmək istəmirəm. Rəqibdən asılı olmayaraq, hər oyuna qələbə üçün çıxırıq. Bu bəzən alınır, bəzən alınmır. Rəqibdən daha çox öz oyunumuza diqqət etməliyik.
 
- Dodonun yoxluğunda kapitan sarğısı sənə həvalə olunub. Özünü necə hiss edirsən?
- Çox rahat.
 
- Turnir cədvəlindəki hazırkı mövqeyiniz sizi qane edir?
- Uzağa baxmaq lazım deyil. Bütün oyunlarda qələbə qazanmaq lazımdır. Sonda turnir cədvəlindəki mövqeyimizə baxa bilərik.
 
- Ötən mövsüm də qış fasiləsindən sonra pis başlamışdınız. Daha sonra uzun qələbə seriyası. İndi də ötənilki ssenari təkrarlanır?
- Ssenari qurmaq çətindir. Təsadüf onda olar ki, yaxşı start götürmürük. Əgər sonda hər şey yaxşı olsa, heç kim bunu yada salmayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right