Almaniya Bundesliqasının 22-ci turunda keçirilən "Bayer" (Leverkuzen) - "Borussiya" (Dortmund) oyunu qalmaqalla yadda qalıb.
Newsport.az-ın məlumatına görə, görüşün 64-cü dəqiqəsində Dortmund təmsilçisi əks hücum edərək hesabı açıb.
Meydan sahiblərinin baş məşqçisi Roger Şmit rəqibin topu hakimin fiti eşidilmədən oyuna daxil etdiyini əsas gətirərək sərt şəkildə etirazını bildirib.
Matçın baş hakimi Feliks Şvayer bu hərəkətinə görə Şmiti qırmızı vərəqə ilə cəzalandırıb. Lakin almaniyalı mütəxəssis texniki zonanı tərk etməyib. Referi isə israrla onun texniki zonanı tərk etməli olduğunu bildirib.
Şvayer daha sonra "Bayer"in futbolçusu Ştefan Kisslinqi baş məşqçisinin yanına göndərərək ona bu sözləri deməyi tapşırıb. "Baş məşqçinə de ki, ya texniki zonanı tərk etsin, ya da oyunu dayandıracam".
Bundan sonra da Şmitin qaydalara zidd hərəkət etdiyini görən referi oyunu dayandırmağı qərara alıb və paltardəyişmə otağına yollanıb. Matç yalnız 8 dəqiqə sonra bərpa edilib. "Bayer"in çalışdırısı oyundan sonra azarkeşlərdən etdiyi hərəkətə görə üzr istəyib.
Qeyd edək ki, "Bayer"in 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.