Fariz Nəcəfov Qara Qarayev barədə danışdı MÜSAHİBƏ

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Azərbaycan Premyer Liqanın 22-ci turunda "Rəvan"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra Newsport.az saytına müsahibə verib.

 
- Komanda "Rəvan”ı məğlub etdi. Oyun haqqında fikirləriniz necədi?
- Belə çətin qələbə gözləmirdim. Əsas olan 3 xalı qazanmağımız idi. 
 
- Son 3 oyunda qələbə qazanırsınız. "Qəbələ”də hər şeyin yoluna düşməsini söyləmək olar?
- Hər şeyin qaydasında olmasını deməzdim. Psixoloji olaraq uşaqlarda özünəinam yaranıb. Oyun baxımından çatışmazlıqlarımız hiss olunur. 
 
- Kənardan baxdıqda heyətdə problem görmürsünüz?
- Hər şey fırlanıb hücum xəttinin üzrinə gəlib çıxıb. Hücumlarda problemlərimiz var. Antonov və Dodo zədəlidir. Onların olmaması bizim üçün çətinlik yaradır. 
 
- Bildiyimiz kimi braziliyalı Emerson bir müddət öncə baxışa gəlmişdi amma Roman Qriqorçuk onu bəyənmədi. Manat dəyərini itirməsəydi heyətə yeni hücumçu cəlb edəcəkdiniz?
- Yox, transfer məsələsinin devalvasiya ilə heç bir əlaqəsi yox idi. Hücum xətti üçün ideal futbolçu tapa bilmədik. Bir-iki futbolçu ilə danışsaq da, son anda keçid həllini tapmadı. 
 
- Zets Antonovun yerini doldura bilir?
- Bu suallar məşqçiyə ünvanlanacaq suallardı. Mənim şəxsi fikrimcə hər ikisi səviyyəli futbolçudu. Mən onlardan istədiyimi ala bilmirəm. Onları daha çox ümidlə gətirmişdik ki, bizə maksimum kömək etsinlər. Fakt budur ki, Zets son iki oyunda komandaya qələbə qazandıra bilib. Onlardan daha artığını gözləyirik. İnşallah o futbolçular açılışacaqlar.
 
- Ola bilər ki,  mövsümün sonların Zets və Antonovu komandadan göndərərsiniz...
- Yox, komandadan göndərilmək barədə məşqçimiz qərar verir. Bu barədə ümumiyyətlə heç nə danışılmır. Mövsümün sonuna çox vaxt var. 
 
- Rəşad Eyubov "Rəvan”la qarşılaşmada  heç nə ilə yadda qalmadı...
- Eyubov çalışqan futbolçudu. Onun nəysə göstərmək istəməsi böyük işdir. Amma oyun alınmayanda alınmır. 
 
- Ötən ilki ssenari bu ildə "Qəbələ”də təkrarlanır. Ümumiyyətlə komandanın bu mövsümdəki hədəfləri nədir?
- Birmənalı çempionluq. Kubok üçün mübarizə aparırıq. Mövsümün sonunda nə olacağını zaman göstərəcək. 
 
- "Zirə”nin çıxışı sizi təəccübləndirmir?
- Bəli, sözün əsl mənasında alqışa layiq oyun sərgiləyirlər. Qısa müddətdə Azərbaycan çempionatına rəng qatmağı bacarırlar. "Qəbələ” Futbol Akademiyasının 3 üzvü "Zirə”nin əsas heyətində oynayır. 
 
- Həmin futbolçuları buraxdığınıza görə peşman deyilsiniz?
- Biz onları buraxmamışıq. Əksinə, onlar "Zirə”də açılışmalıdılar. Bizə lazımdıki onlar formalaşsınlar. Həm "Qəbələ”, həm də Azərbaycan futbolu üçün faydalı olsunlar.  
 
- Yayılan məlumatlara görə Qara Qarayev "Qəbələ”nin maraq dairəsindədi...
- Yox, bu barədə heç bir məlumatım yoxdu. Qara Qarayev yaxşı futbolçudu. Amma bu gün bizim gündəmimizdə deyil. 
 
- Stadion tikintisi barədə vəziyyət necədir? İşlər gedirmi?
- Hazırda bu barədə işlər getmir. Amma gündəmdə olan məsələlərdən biri məhz budur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right