Elbrus Məmmədov: "Xəzər Lənkəran"da hər şey var, sadəcə, qol çatışmır"

"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, cənub klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Şəxsən Adil Şükürovu da belə yaxşı komanda yaratması münasibətilə təbrik edirəm. Bu gün biz qol vurmaq istəyirdik. Bunun üçün çoxlu məşq də etmişdik. Amma bacarmadıq. Fikrimcə, komandamızda hər şey var. Sadəcə, qol çatışmır. Ümid edirəm ki, hər şey yaxşı olacaq". (СВС)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right