Bəhmən Həsənov: “Hakim bizim əvəzimizə qol vuran deyil”

Azərbaycan Premyer Liqasının XXII turunda "Rəvan” doğma meydanda "Qəbələ”ni qəbul edib. Qarşılaşma "Qəbələ”nin 1-0 hesablı qələbəsi ilə başa çatıb. Oyunsonrası mətbuat konfransında "Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov jurnalistlərin suallarını cavablandırıb: 
 

"Qəbələ”nin oyununundan anlayışımız var idi. Onların necə futbol oynadıqlarını bilirdik. Futbolçularda ustalıq çatışmır. Oyun baxımından "Qəbələ”dən pis oynamdıq. Oyunumuzdan narazı deyiləm. Hakim idarəçiliyindən narazıyam. Qol epizodu ilə bağlı narazıçılığım yoxdu. Hakim bizim əvəzimizə qol vuran deyil. Sadəcə, düzgün idarəçilik istəyirəm. Hər oyundan sonra bizim oyuna görə, hakimlərə cəza verirlər. Orxan Məmmədov indi niyə yoxdu?. İstəyimiz  odur ki, haqqımızı yeməsinlər.   Hər şeydə bizə qarşı olurlar. İknci hissənin sonuna doğru gücümüz tükənməyə başladı. Xətlərarası pozulmalarımız var idi.  Yarımmüdafiə xəttimizdə ciddi problemlər var. "Qəbələ”yə məğlub olmağı düşünmürdük.  Əlimdə bir neçə yaxşı yarımmüdafiəçi olsa istənilən komandaya qarşı, istənilən oyunu sərgiləyə bilərik. "Qəbələ”ni qələbə münasibəti ilə təbrik edirəm. Qarşıdakı oyunlarımza baxmalıyıq.”
 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right