Yığmamızın üzvü Türkiyədə klub dəyişdi

Aşağı yaş qrupları üzrə yığma komandamızın üzvü Taərlan Əhmədovun Türkiyənin Kapadokiya bölgəsinin "Çat Gənclik Bələdiyəspor” klubundan ayrılması ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq. 
 

Newsport.az-ın məlumatına görə, artıq Əhmədovun yeni  iş yerinin də adına aydınlıq gəlib. 20 yaşlı futbolçu karyerasını yenidən qardaş ölkədə davam etdirəcək. 
 
Əhmədov Rizənin "Adeşenspor” klubu ilə anlaşıb.  Bu barədə məlumatı futbolçunun meneceri Adəm Öndər əməkdaşımızla söhbətində bildirib. Menecer bildirib ki, Tərlan mövsümün sonuna qədər Rizə təmsilçisinin şərəfini qoruyacaq. O, bildirib ki, Tərlan yeni komandasının bu gün baş tutacaq qarşılaşmasını tribunadan izləyəcək. O, sabahdan etibarən komandanın məşqlərinə qoşulacaq.
 

Qeyd edək ki, Əhmədov "Qəbələ” Futbol Akademiyasının yetirməsidir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right