“Qarabağ”da ciddi itki: Almeyda “İnter”lə oyunu buraxacaq

Azərbaycan Premyer Liqasının XXIII turunda "İnter”lə qarşılaşacaq "Qarabağ” ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, Ağdam klubunun futbolçusu Riçard Almeyda cəzalı duruma düşüb. 
 
Premyer Liqanın XXIII turunda "Neftçi” ilə qarşılaşmanın 60-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanan futbolçu mövsüm ərzində 4-cü xəbərdarlığını alıb. Bu isə Riçardın növbəti turu buraxması deməkdir. 
 
Qeyd edək ki,  "İnter” – "Qarabağ” oyunu fevralın 27-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right