Bu gün Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə, son oyun günündə iki oyun keçiriləcək.
İlk öncə Lənkəranda "Xəzər Lənkəran" debütant "Zirə" ilə münasibətlərə aydınlıq gətirməyə çalışacaq.
Tura "Bayıl Arena"da baş tutacaq "Rəvan" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq.
21 fevral
Azərbaycan Premyer Liqası, 22-ci tur
14:00. “Xəzər Lənkəran” – “Zirə” 0:2
Qol: Yovan Krneta, 16 (0:1), Nelson Bonilla, 74 (0:2)
Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Vüqar Bayramov, Elvin Əsgərov
“Xəzər Lənkəran” mərkəzi stadionu.
16:30. “Rəvan” 0–1 “Qəbələ”
Qol: Arif Daşdəmirov 77`.
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Munis Abdullayev, Xəlil Xəlilov
“Bayıl Arena”.