Muarem Muarem: “Əgər futbolçu uzun müddət oynamırsa...”

Azərbaycan Premyer Liqasının XXII turunda "Qarabağ” doğma meydanında "Neftçi”ni 2-0 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə,oyundan sonra "Qarabağ”ın futbolçusu Muarem Muarem jurnalistlərin suallarını cavablandırıb. 

 
"Çətin qarşılaşma olacağını bilirdik. "Neftçi” son qarşılaşmalarında yaxşı oyun sərgiləyir. Onların oyunlarını izləyirik. Qarşılaşmaya yaxşı hazırlaşmışdıq. Qazandığımıza görə xoşbəxtik.”
 
- "Neftçi” "Qarabağ”a əvvəlki kimi güc göstərə bilir?
- Gördüyünüz kimi, "Neftçi” gənc futbolçulardan ibarət komandadı. Fikrimcə yaxşı mübarizə apardılar.Düşünürəm ki, "Neftçi” oynadıqca əvvəlki formasını bərpa edə biləcək. 
 
- Öz oyunun barədə nə düşünürsən? Meydanda daha əvvəlki Muaremi görə biləcəyik?
- İnşallah. Oyunlara yaxşı hazırlaşıram. Bildiyiniz kimi Türkiyədə çox oynamadım.  Son 6 ayda 3 oyunda meydanda oldum.  Əvvəlki formamı bərpa etməm istəyirəm. 
 
- Oyun praktikanın az olmasını hiss edirsən?
- Bu normal haldı. Əgər futbolçu uzun müddət oynamırsa formadan düşür. 
 
- Fasilədən sonrakı oyunlarda xal itirmişdiz. Bu oyunda Qurban Qurbanovdan hər-hansı xüsusi tapşırıq almamışdınız?
- Xüsusi tapşırığımız olmamışdı. Məşqçimiz öz oyunumuzu oynamağı tapşırmışdı. AZAL-la oyunda məğlub olmağımıza baxmayaraq yaxşı oynamışdıq. Yavaş-yavaş öz oyunumuza tapacağımıza inanıram. 
 
- Əvəzetmədən meydana daxil oldunuz və qol öürməsi etdiniz. Bu növbəti oyunlarda əsas heyətdə yer alacağınıza işarə deyil?
- Məşqlərdə maksimum çalışıram. Ötən həftə cüzi zədəm olduğu üçün "Kəpəz”lə oyunu buraxmalı oldum. Bütün futbolçularımız məşqlərdə maksimum çalışır. Sonda kimin meydanda olacağına məşqçimiz qərar verir. 
 
- "Qarabağ”ın ən yaxın izləyiciləri ilə xal fərqi çoxdur. Çempionluq barədə düşünmürsünüz?
-İzləyicilərlə xal fərqinin çox olması bizim üçün yaxşı haldır. Çempionluq barədə danışmaq tezdir. Qarşıda oyunlarımız var. Arxayınlaşmamlıyıq. 
 
- Növbəti turda "İnter”lə qarşılaşacaqsınız...
- "İnter” yaxşı komandadır. Dünənki oyunlarını izlədik. Onlar da liderlər qrupunda mübarizə aparmaq üçün çalışırlar. Çətin oyun olacaq. 
 
- Meydanda Reynaldo ilə yaxşı anlaşırdın. Bəs Armenteros ilə necə?
- Bütün futbolçularla yaxşı anlaşırıq. Problem yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right