Azərbaycan Premyer Liqasının XXII turunda "Sumqayıt” doğma azarkeşləri önündə AZAL-ı 2-0 hesabı ilə məğlub edib.
Newsport.az-ın məlumatına görə,qarşılaşmadan sonra "CBC Sport”a açıqlama verən "Sumqayıt”ın baş məşqçisi Samir Abasov qarşılaşmanı şərh edib:
"Komandamın göstərdiyi oyundan razı qaldığımı deyə bilmərəm. İkinci hissədə istədiyimiz oyununu sərgiləyə bilmədik. Motivasiya və psixoloji təzyiqi üzərimizdən atmaq üçün AZAL-la qarşılaşma bizim üçün önəmli idi. Ardıcıl 3 məğlubiyyətdən sonra qələbə qazanmaq bizim üçün yaxşı oldu. Futbolçulara bu çətin işin öhdəsindən gəldikləri üçün təşəkkür edirəm. Əvvəlki oyunumuzu itirmişdik. Bunun nə ilə bağlı olduğunu deyə bilmərəm. Amma oyunumuzu geri qaytarmalıyıq. Qarşıdakı oyunlarda daha yaxşı futbol sərgiləməyə çalışacağıq. ”