Azərbaycan Premyer Liqasının XXII turunda "Sumqayıt” doğma azarkeşləri önündə AZAL-ı 2-0 hesabı ilə məğlub edib.
Newsport.az-ın məlumatına görə,qarşılaşmadan sonra "CBC Sport”a açıqlama verən AZAL-ın baş məşqçisi Tərlan Əhmədov qarşılaşmanı şərh edib:
"Sumqayıt”la aramızda 8 xal fərqi var idi. Rəqibin qələbə qazanmaq arzusunun böyük olduğunu bilirdik. Rəqub yaxşı oynadı və qalib gəldi. Futbolun gözəlliyi bir komandanın qalib gəlməsi, digərinin isə məğlub olmasıdır. Bildiyiniz kimi biz evdə daha yaxşı oyunlar sərgiləyirik, nəinki səfər qarşılaşmalarında.”
Mütəxəssis həmçinin komandasının oyununun müəyyən hissəsindən razı qaldığını bildirib: "Heyətimizdə iki itki var idi. Murad Səttarlı və İlqar Ələkbərov oynamadı. Onların əvəzinə Hacı Əhmədov və Nuqzar Kvirtiyanı meydana buraxmışdım. Hacı Əhmədov hələlik komandaya uyğunlaşmayıb. Komandamızın son 15 dəqiqədə göstərdiyi oyundan razı qaldım. Ümumilikdə isə komandanın oyunundan razı qalmadım.”