Azərbaycan Premyer Liqasının XXII turunda “Qarabağ” doğma azarkeşlər önündə “Neftçi”ni qəbul edir.
Newsport.az xəbər verir ki, halhazırda davam edən oyunda “Qarabağ”ın heyətində debüt reallaşıb. Belə ki, Azərbaycan milli komandasının üzvü Rahid Əmirquliyev “Qarabağ”ın heyətində debüt edib. O, qarşılaşmanın 81-ci dəqiqəsindəSamuel Armenterosun əvəzinə meydana daxil olub.
Qeyd edək ki, Əmirqluiyev qış transfer dönəmində “Xəzər Lənkəran”dan “Qarabağ”a transfer olunmuşdu.