“Gəncədə durum faciəvidir”- Simaitis MÜSAHİBƏ

"Kəpəz"in qapıçısı Tadas Simaitis Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində "İnter"ə 0:1 hesabıyla uduzduqları oyundan sonra Newsport.az-ın suallarını cavablandırıb.

- Artıq iki tur ard-arda uduzmusuz…

- Təəssüf ki, məğlub olduq. “İnter”ə qarşı oynamaq çətindir. Rəqibin yaxşı heyəti var və biz qarşı güclü oynadılar. Onlar qələbəni daha çox arzulayırdı. Biz isə zəif oynadıq.

- Məğlubiyyətə əsas səbəb nədir?

- Hər şeyin bir səbəbi var. Fikrimcə, əsas səbəblərdən biri qış fasiləsindən sonra ilk dəfə süni örtüklü meydançada oynamağımız idi. Bu bizə mane oldu. Heç kim özünü yaxşı tərəfdən göstərə bilmədi.

- Meydançadan şikayət edirsiz. Amma Gəncə stadionuna baxanda süni örtüklü meydança daha yaxşıdır…

- Razıyam. Gəncədəki arenanın vəziyyəti faciəvi haldadır. Amma nəzərə almaq lazımdır ki, bütün matçlarda hər iki komanda eyni şərtlərdə oynayır. Süni örtüklü meydançada fərqli oyun oynamaq lazım olur.

- Sizə elə gəlmir ki, “Kəpəz” qeyri-sabit oyun göstərir?

- Azərbaycanda elə komanda var ki, sabit oynasın. Lider “Qarabağ” belə eyni tempdə çıxış edə bilmir. Çox maraqlı çempionatdır. Burada oynamaq mənə maraqlıdır. Hər an istənilən komanda xal itirə bilər.

- Litva yığmasına dəvət alacaqsız?

- Bizim yığmada heyətə düşmək çətindir. İndi yeni baş məşqçi gəlib. Bəlkə o, məni çağırdı. Amma çox çətindir. Çünki milli komandamızda güclü qapıçılar var. İspaniyanın “Espanyol” klubunda oynayan Gedryus Arlauskis, Buxarest “Dinamo”sunda çıxış edən Vitautas Çernyauskas və Fransanın “Renn” klubunda olan Edvinas Gertmonas var. Hələ Türkiyənin “Qazientepspor” klubunun şərəfini qoruyan Jidrunas Karçemarskas da namizədlər arasındadır. Onlar hamısı yüksək səviyyəli komandalardadır. Mübarizə aparmaq çətindir.

- Deməli Azərbaycan çempionatının səviyyəsi sizə bəs etmir?

- Qapıçı deyil, başqa mövqedə oynasaydım, yığmaya dəvət alardım. Amma adını çəkdiyim qapıçılarla mübarizədə bu çətindir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right