“Qarabağ” və “Sumqayıt” qələbə qazandı YENİLƏNİB

Azərbaycan Premyer Liqada 22-ci turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün daha iki qarşılaşma keçiriləcək.

Günün ilk oyunu Sumqayıtda baş tutacaq. Şəhərin eyni adlı komandası AZAL-ı qəbul edəcək.

Görüş saat 13:00-da start götürəcək.

Günün ikinci oyunu Çempionatın lideri “Qarabağ” əzəli rəqibi “Neftçi”arasında keçriləcək.


Turun mərkəzi qarşılaşması maraqla gözlənilir. Son vaxtlar elə də uğurlu çıxış etməyən “Neftçi” bu mövsüm  Ağdam təsmsilçisinə uduzmayıb. Səfərdə rəqibi ilə bərabərə qalan (1:1) “ağ-qaralar” öz meydanında 1:0 hesablı qələbə qazanıb. 

“Azərsun Arena”da keçiriləcək oyun saat 17:30-da başlayacaq.




20 fevral

Azərbaycan Premyer Liqası, 22-ci tur

13:00.“Sumqayıt” – AZAL 2-0

Qollar: Murad Ağayev 32, Ağabala Ramazanov 35.
Hakimlər:
 Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mahir Məmmədov
“Kapital Bank Arena”

 

17:30.“Qarabağ” 1–0 “Neftçi”

Qol: Samuel Armenteros 8`.

Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov.

Bakı. “Azərsun Arena”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right