“Qəbələ”dən daha bir rəsmi transfer

Millimizin futbolçusu Pavel Paşayevin “Qəbələ”yə keçidi həll olunub.

Klubdan 
Newsport.az-a verilən məlumata görə, Zaparojye “Metallurq”u 27 yaşlı müdafiəçinin sənədlərini göndərib.


Onunla bugünlərdə müqavilə imzalanacaq. Müqavilənin müddəti 4 aylıq olacağı gözlənilir. Hazırda futbolçunun adının Topaz Premyer Liqada iştirak ərizəsinə əlavə edilməsi üçün işlər görülür.

Qeyd edək ki, P.Paşayev ötən ildən millimizə dəvət alır. Ukraynanın U-17, U-19, U-21 və A millisində forma geyən müdafiəçi yığmamızda 1 rəsmi oyunda meydana çıxıb. O, son olaraq Ukraynanın “Metallurq” (Zaporojye) klubunda çıxış edib.  

Xatırladaq ki, "Qəbələ" qış transfer pəncərəsi dönəmində "Kəpəz"dən Rəşad Eyyubovu da transfer edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right