Bu gün "Neftçi”nin veteran futbolçusu, Azərbaycan U-19 yığma komandasının baş məşqçisi Nazim Süleymanovun doğum günüdür.
Newsport.az-ın məlumatına görə, 1965-ci ildə dünyaya gəlmiş sabiq yarımmüdafiəçi 1983-1990-cı illər ərzində "Neftçi”nin heyətində 190 oyun keçirib, 32 qol vurub.
1992-1998-ci illər ərzində Azərbaycan milli komandasının heyətində keçirdiyi 24 oyunda 5 qol vurmuş Nazim Süleymanov "Neftçi”nin baş məşqçisi (2013), Azərbaycan milli komandasının məşqçisi (2012-2013) vəzifələrində də çalışıb.
Newsport.az kollektivi veteran futbolçumuzu doğum günü münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür arzulayır.