“Qarabağ” “Neftçi” üçün başladı: zədəlilərin son durumu

Azərbaycan Premyer Liqasının XXI turunda "Kəpəz” üzərində qələbədən sonra (2-1) iki günlük isatirahətə buraxılan  "Qarabağ” məşqlərini bərpa edib. 

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi bu gündən etibarən "Neftçi” ilə oyunun hazırlıqlarına başlayıb. 

"Ağ-qaralar”la oyundan öncə "atlılar”ın baş məşqçisi Qurban Qurbanovu narahat edən məqam yoxdur. 

"Kəpəz”lə qarşılaşmada Gəncə klubunun futbolçusau Julien Ebahla mübarizədə başından zədə alan Rəşad Saadıqovun durumu qənatəbəxşdir. Sadıqov zədədən sonra kiçik əməliyyat keçirib və başına 6 tikiş qoyulub. Lakin kapitanın "Neftçi” ilə qarşılaşmada iştirakına heç bir problem olmayacaq.
 
Gəncə klubu ilə oyundan öncəki məşqlərin birində yüngül zədə alan və "Kəpəz”lə qarşılaşmada iştirak etməyən Muarem Muaremin də son durumu yaxşıdır. Muarem də şans qazanacağı təqdirdə "Neftçi” ilə qarşılaşmada iştirak edə biləcək. 
 
Qeyd edək ki, "Qarabağ” – "Neftçi” oyunu fevralın 20-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right