"Kəpəz” bu gündən Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə qarşılaşacağı "İnter” ilə oyunun çalışmalarına başlayıb.
Newsport.az-ın məlumatına görə, Bakıda məşq edən komandanın ilk hazırlığı dəniz kənarında baş tutub.
Məşq planına əsasən, sabah "sarı-göylər” "Dalğa Arena”da məşq edəcəklər. Paytaxt klubu ilə oyundan öncəki hazırlıq prosesi isə görüşün keçiriləcəyi "İnter Arena”da olacaq.
Qeyd edək ki, "İnter” – "Kəpəz” matçı fevralın 19-u saat 15:00-da başlayacaq.