Millimizin futbolçusu Pavel Paşayevin “Qəbələ”yə keçidi həll olunub.
Klubdan Newsport.az-a verilən məlumata görə, Zaparojye “Metallurq”u 27 yaşlı müdafiəçinin sənədlərini göndərib.
Onunla bugünlərdə müqavilə imzalanacaq. Müqavilənin müddəti 4 aylıq olacağı gözlənilir. Hazırda futbolçunun adının Azərbaycan Premyer Liqada iştirak ərizəsinə əlavə edilməsi üçün işlər görülür.
P.Paşayev ötən ildən millimizə dəvət alır. Ukraynanın U-17, U-19, U-21 və A millisində forma geyən müdafiəçi yığmamızda 1 rəsmi oyunda meydana çıxıb. O, son olaraq Ukraynanın “Metallurq” (Zaporojye) klubunda çıxış edib.
Qeyd edək ki, Paşayev yeni klubunda fevralın 21-də Azərbaycan Premyer Liqasının XXII turunda keçiriləək "Rəvan"la qarşılaşmada debüt edə bilər.