Elnur Cəfərov “Real”da!

Azərbaycanın gənclərdən ibarət yığmasının və "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elnur Cəfərov İspaniyaya yollanır.
Newsport.az-ın məlumatına görə, cənub klubunun transferə çıxardığı futbolçu ilə "Real Ovyedo" klubu yaxından maraqlanır.
Sequnda liqada çıxış edən bu klub onu baxışa çağırıb. Cəfərov özünü yaxşı tərəfdən göstərə biləcəyi halda, onun bu komandada qalması istisna olunmur.
Qeyd edək ki, "Real Ovyedo" 25 turdan sonra turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. (azerisport)




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right