Bakıda UEFA-nın seminarı olacaq

Fevralın 17-də və 18-də  Bakıda AFFA-nın təşkilatçılığı ilə klubların lisenziyalaşdırılması üzrə UEFA-nın seminarı keçiriləcək.

Newsport.az-ın məlumatına görəUEFA-nın nümayəndələri ilə yanaşı, İspaniya, Rumıniya, Macarıstan, Türkiyə, Rusiya, Slovakiya, Çexiya, Ukrayna, Belarus, Latviya, Gürcüstan, Litva, Qazaxıstan və Moldova futbol federasiyalarının lisenziyalaşdırma üzrə mütəxəssislərinin iştirak edəcəyi seminarda aşağıdakı mövzular müzakirə olunacaq:

 
- Ötən Lisenziyalaşdırma mövsümünün icmalı və təhlili
- FİFA və UEFA-nın Klubların Lisenziyalaşdırılması üzrə qaydalarının müzakirəsi
- Lisenziyalaşdırma sisteminin inkişaf perspektivləri
 

Seminarda AFFA-nın lisenziyalaşdırma qrupunun və "Qəbələ” İdman Klubunun nümayəndələri çıxış edərək Azərbaycanda Lisenziyalaşdırma sesteminin tətbiqi ilə bağlı tədbir iştirakçılarına məlumat verəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right