Azərbaycan Premyer Liqasının XXII turunda doğma meydanında "Kəpəz”i qəbul edəcək "İnter” komandası qarşılaşmaya ciddi itki ilə çıxacaq.
Newsport.az-ın məlumatına görə, Premyer Liqanın XX turunda "Qəbələ” ilə qarşılaşmada zədə alan Zurab Xizanişvili "Kəpəz”lə qarşılaşmanı buraxmalı olacaq.
Klubdan əldə etdiyimiz məlumata görə, Xizanişvili ötən günlərdə Gürcüstanda tibbi müayinədən keçib. Ötən gün "bankirlər”in düşərgəsinə qoşulan futbolçunun zədəsinin ciddi olmadığı aşkarlanıb. Lakin Gürcüstan millsinin üzvü Bakıda növbəti müayinədən keçməli olacaq. Onun "Kəpəz”lə qarşılaşmada iştirak etməyəcəyi gözlənilir.
Bundan əlavə "İnter” Mirhüseyn Seyidovdan gələn xəbərə sevinib. Seyidov komanda ilə məşqlərə başlayıb. Onun "Kəpəz”lə qarşılaşmada iştirak etməsi üçün heç bir problem yoxdur.
Qeyd edək ki, "İnter” – "Kəpəz” oyunu fevralın 19-da "İnter Arena”da baş tutacaq.