"Bu, futbolçular üçün də çox vacibdir" - Muarem Muarem

"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Kəpəz" üzərində qazandıqları 2:1 hesablı səfər qələbəsini şərh edib.

Newsport.az-ın məlumatına görə,o, bunları söyləyib:

"Mən bu görüşdə meydana çıxmadım. Amma oyunu tribunadan diqqətlə izlədim. "Kəpəz" fanatları möhtəşəm idilər. Onlar bütün oyun ərzində dayanmadılar, komandalarını dəstəklədilər. Gəncə klubunun azarkeşlərinə bu cür dəstəyə, futbola belə münasibətə görə təşəkkürümü bildirirəm. Bu, futbolçular üçün də çox vacibdir. Premyer Liqanın bütün oyunlarında belə fanatların olmasını istərdim".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right