“Qəbələ”də Abışov sevinci

Azərbaycan Premyer Liqasının XXI turunda "Sumqayıt” üzərində minimal hesablı qələbə qazanan (1-1) "Qəbələ” iki günlük istirahətə buraxılıb.  

Newsport.az-ın məlumatına görə, "qırmızı qaralar” istirahətdən sonra fevralın 17-də bir araya gələrək Premyer Liqanın XXII turunda keçiriləcək "Rəvan”la oyunun hazırlıqlarına başlayacaqlar. 
 
Baş məşqçi Roman Qriqorçuk "Rəvan”la oyundan öncə Ruslan Abışovdan gələn xəbər sevinib. Belindəki zədəyə görə komandanın Antalyada təlim-məşq toplanışından kənarda qalan Abışov artıq komanda ilə birgə məşqlərə başlamağa hazırdı. Hazırda zədədən əziyyət çəkməyən müdafiəçi "Rəvan”la qarşılaşmada meydanda ola bilər. 
 
Qeyd edək ki, "Rəvan” – "Qəbələ” qarşılaşması fevralın 21-də "Bayıl Arena”da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right