Azərbaycan Premyer Liqasında qış transfer dönəmi başa çatmasına baxmayaraq "Xəzər Lənkəran” heyətini azad agent statusuna malik olan futbolçularla gücləndirməyi planlaşdırırdı.
Newsport.az-ın məlumatına görə, cənub klubu bu məqsədlə iki futbolçunu baxışa cağırmışdı. Belə ki, Ukraynanın "Dnepr” klubunun yetirməsi Bayram Budaqovla birlikdə Rusiyadan da bir futbolçu baxışa gəlməli idi.
Artıq bu futbolçulardan Bayram Budaqov cənub klubunda baxışda keçib. Bir neçə gün komandanın düşərgəsində olan futbolçunun heyətdə saxlanılmasına qərar verilib. Amma Rusiyadan gəlməsi gözlənilən futbolçunun Azərbaycana gəlişi baş tutmayıb. Məsələ ilə bağlı saytımıza açıqlama verən cənub klubunun baş məşqçisi Elbrus Məmmədov artıq sözügedən futbolçunun Azərbaycana gəlişinin gündəmdə olmadığını vurğulayıb.