"İkinci pillədəyiksə, niyə çempionluğa oynamayaq?" – Adil Şükürov

"Gözlədiyimiz kimi çətin oyun oldu. "Rəvan" döyüşkən komandadır. Qol imkanlarımızın çoxundan istifadə edə bilmədik. Bunun üzərində çox işləməliyik".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 21-ci turunda "Rəvan"a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra dryib.

O, qarşılaşmanın 13-cü dəqiqəsində zədələnən Elvin Məmmədov haqda da danışıb:

"Elvinin zədəsinin ciddi olub-olmadığı sabah bilinəcək".

A.Şükürov Premyer Liqanın lideri "Qarabağ"a çatmağa çalışacaqlarını söyləyib:

"Bütün klublar istəyir ki, birinci olsun. Biz də çalışırıq ki, "Qarabağ"a çataq və onları  keçək. Hər şey mövsümün sonunda müəyyənləşəcək.İkinci pillədəyiksə, niyə də cempionluğa oynamayaq?"





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right