"Qarabağ”ın yeni transferi Rahid Əmirquliyevin Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə "Kəpəz”lə qarşılaşmada oynamamasının səbəbləri bəlli olub.
Newsport.az saytının məlumatına görə, baş məşqçi Qurban Qurbanov zədədən yeni qayıdan futbolçunu riskə salmaq istəməyib.
Əmirquliyevin adı məhz buna görə də, "Kəpəz”lə oyununun iştirak ərizəsinə daxil eilməyib.
Əldə etdiyimiz məlumata görə, Əmirquliyevin hazırda heç bir zədəsi yoxdu. Millimizin futbolçusu Azərbaycan Premyer Liqasının XXII turunda "Neftçi” ilə qarşılaşamda "Qarabağ”ın heyətində debüt edə bilər.
Qeyd edək ki, "Qarabağ” – "Neftçi” oyunufevralın 20-də baş tutacaq.