Azərbaycan Premyer Liqasının XXI turunda "Qəbələ” doğma meydanında "Sumqayıt”ı qəbul edib.Qarşılaşma meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Oyundan sonra sumqayıtlıların futbolşusu Uğur Pamuk Newsport.az -a oyun barədə bunları deyib:
"Bəxtimiz gətirmir. Qol imkanlarımız olur, ancaq son nöqtəni qoya bilmirik. Antalyada yaxşı toplanış keçdik. Komandamız hələ özünə gəlməyib.Qəbələyə sırf qələbə üçün gəlmişdik. Biz heç bir komandadan çəkinmirik.Bütün rəqiblərimizə eyni gözlə baxırıq .İlk hissədə çox pis oynadıq. İkinci hissədə hücuma çox qoşulduq. Hücumda effektli idik, qol şanslarımız oldu. Bunlardan istifadə etməli idik.Bütün komandaların fasilədən sonra oynunları get-gedə yaxşılaşır daha da aqressiv oynayır.Amma qələbə qazanmamağımızın səbəbini sırf bunda görmürəm. Komandamıza inanıram. İnşAllah, yaxşı olacaq.".