"Rəvan"da maaşlar ödənilir

Azərbaycan Premyer Liqasında mübarizə aparan Bakının "Rəvan" klubunda futbolçuların yanvar ayına olan maaşları ödənilib.

Newsport.az saytının məlumatına görə, bu barədə komandanın baş məşqçisi Bəhmən Həsənov məlumat verib.

Onun sözlərinə görə, məşqçilər heyətinin əmək haqlarını bu gün alacaqlar. Baş məşqçi bildirib ki, ötən ilin noyabr-dekabr borcları fərdi şəkildə futbolçulara hissə-hissə ödəniləcək. "Sarı-qırmızılar" bu gün Azərbaycan Premyer Liqasının XXI turunun son oyununda "Zirə"nin qonağı olacaq.

Qeyd edək ki, maddi problemlə üzləşən "Rəvan" klubu bir müddətdir futbolçuların maaşlarını ödəyə bilmir. Nəticədə bir neçə futbolçu komandanı tərk edib.

Report





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right