“Sumqayıt”da iki ciddi itki

Azərbaycan Premyer Liqasının XXII turunda doğma meydanında AZAL-ı qəbul edəcək "Sumqayıt”ın heyətində ciddi itkilər var. 
 

Newsport.az saytının məlumatına görə, baş məşqçi  Samir Abasov iki futbolçusu – Cəmil Hacıyev və Amit Quluzadənin xidmətindən məhrumdur. 
 
Premyer Liqanın XXI turunda "Qəbələ” ilə səfər qarşılaşamsında  sarı vərəqə alan futbolçular cəzalı duruma düşüblər.  Cəmil mövsüm ərzində 8-ci, Amit isə 4-cü xəbərdarlığını alıb. 
 
Qeyd edək ki, "Sumqayıt” – AZAL oyunu fevralın 20-də baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right