Əfran İsmayılov: İdeal oyun keçirməyin çətin olacağını öncədən də bilirdik

"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:

"Əsas odur ki, biz bu oyunda qələbə qazandıq. İdeal oyun keçirməyin çətin olacağını bilirdik. Ən azından qazon bunu həyata keçirməyimizə çox mane oldu. Həm də güclü rəqibə qarşı oynayırdıq. Onlar son turları itkisiz keçirmişdilər. Artıq bu tempdə davam etməyə çalışmalıyıq". (CBC)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right