Namiq Ələsgərov "Qarabağ"a vurduğu qoldan danışdı

“Qarabağ”a vurduğum qola ona görə sevinmədim ki, öz komandamıdır. "Kəpəz"də icarə əsasında oynayıram. Əvvəlsədən də fikirləşmişdim ki, bu oyunda qol vursam sevinməyəcəm”.

Newsport.az-ın məlumatına görə, bu sözləri hazırda “Kəpəz”də çıxış edən Namiq Ələsgərov “Qarabağ”la Azərbaycan Premyer Liqanın bugünkü oyunundan (1:2) sonra deyib.

“Şükür ki, qol vurdum. Çox təəssüf ki, bu qol bizə yetmədi və xal qazana bilmədik. Buna çox üzülürəm. Eybi yox. Bundan sonrakı oyunlara baxacağıq".
 
Qeyd edək ki, millimizin də üzvü olan Ələsgərov mövsüm sonuna kimi icarə əsasında Gəncə klubunun şərəfini qoruyacaq.

CBC-Sport





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right