Azərbaycan Premyer Liqasının XXI turunda "Qəbələ” doğma meydanında "Sumqayıt”ı qəbul edib. Newsport.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Matçdan sonra "CBC Sport”a açıqlama verən "Sumqayıt”ın çalışdırıcısı Samir Abasov oyunu şərh edib:
"Bu günkü qarşılaşmada müdafiədən çıxış etdik. Bunun səbəbi isə rəqibin gücünə görə idi. Amma bizim komandamızda əks hücumda oynamaq daha yaxşı alınır. Ardıcıl 3 oyunda qol vura bilmirik. Yaxşı komandamız var. Toparlanıb qələbələr qazanmağa çalışacağıq.”
Samir Abasov həmçinin hazırkı vəziyətdə heyətdə dəyişiklik edə bilməyəcəklərindən danışıb: "İlk öncə onu deyim ki, transfer pəncərəsi bağlanıb. Yeni oyunçu ala bilmərik. Kimisə komandadan çıxarmaq çıxış yolu deyil. ”