Azərbaycan Premyer Liqasının XXI turunda "Qəbələ” doğma meydanında "Sumqayıt”ı qəbul edib. Newsport.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Matçdan sonra "CBC Sport”a açıqlama verən "Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk oyunu şərh edib:
"Çox çətin qarşılaşma idi. Çox sərt və sıx müdafiəyə qarşı oynadıq. "Sumqayıt”ın müdafiəçiləri bir-birlərini yaxşı başa düşürdülər. Ermin Zets hücumçudu. Onun ard-arda oyunlarda qol vurması çox yaxşı haldı. Bildiyiniz kimi Antonov zədəlidir. O, 4-5 həftə oynaya bilməyəcək. Ermin Zetsə güvənimiz var. O, qarşıdakı oyunlarda şans qazanacaq.”