Kanales rəsmən "Neftçi"də

"Neftçi” çilili futbolçu Nikolas Kanaleslə münasibətləri rəsmiləşdirib.

Newsport.az-ın məlumatına görə, onunla mövsümün sonunadək müqavilə imzalanıb.

Mərkəz hücumçusu köhnə-yeni komandasında 9 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Çili milli komandasının (1 oyun) və U-20 yığmasının (13 oyun, 6 qol) sabiq üzvü Nikolas Kanales 2012-2013, 2014-2015-ci illərdə "Neftçi”nin heyətində çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right