Şahin Diniyev: "Ədalətli nəticə heç-heçə idi"

"Maralı oyun oldu. "Qarabağ"ı təbrik edirəm. Həm azarkeşlər, həm də Premyer Liqa üçün səviyyəli oyun alındı". 

Newsport.az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 21-ci turunda "Qarabağ"a uduzduqları  oyundan (1:2) sonra "CBC Sport" kanalına açıqlamasında deyib.  

Şahin Diniyev bu görüşdə ədalətli nəticənin heç-heçə olduğunu bildirib: "Bəxtsizlik oldu. Ədalətli nəticə heç-heçə idi. Bununla belə, futbolçulara təşəkkür edirəm. Çalışacağıq ki, növbəti oyunlarda bugünkü kimi səhvlər etməyək.

Qarşıda hələ 15 tur var. 2-3 oyun turnir cədvəlində komandaların yeri dəyişəcək. İlk dörd pillə uğrunda 8 komanda yarışır. İstəyimiz odur ki, Avroliqaya vəsiqə qazanaq. Amma indidən bu haqda danışmaq tezdir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right