"Bəlkə də çempionatda vacib 3 xal qazandıq. Belə meydançada və belə azarkeş kütləsi qarşısında oynamaq ağır idi. İki standart vəziyyətdən maksimum istifadə etdik".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 21-ci turunda "Kəpəz"ə qalib gəldikləri oyundan sonra "CBC Sport" kanalına açıqlamasında deyib.
"Şahin Diniyevi təbrik edirəm. O, yaxşı və istəkli komanda formalaşdırıb. Qələbə münasibəti ilə futbolçularımı və komandanın azarkeşlərini təbrik edirəm" - deyə Q.Qurbanov əlavə edib.
Qeyd edək ki, "Qarabağ" səfərdə "Kəpəz"i 2:1 hesabı ilə məğlub edib