"Hakim iki təmiz penaltimizi vermədi" - Anyete

"Neftçi"nin yarımmüdafiəçisi Anyete Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Xəzər Lənkəran" üzərində 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra Newsport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı nə deyə bilərsiniz?
- Çətin oyun oldu. Belə olacağını bilirdik. Amma əsas qələbədir ki, ona da nail olduq.

- Bu iki klub arasındakı görüşləri "Böyük oyun" adlandırırlar. Hansısa ajiotaj hiss etdiniz?
- Bizdə yetərincə motivasiya var idi. Digər çempionat oyunları ilə müqayisədə bu gün stadiona daha çox azarkeş gəlmişdi. Bu oyunun vacib olduğunu bilirdik.

- Bu oyunda iki mübahisəli epizod oldu. Hakimin rəqib qapısına penalti təyin etməməsi sizi narazı salmadı?
- Hakim iki təmiz penaltimizi vermədi. Amma mən daha hakimlik barədə danışmaq istəmirəm. Çünki mənası yoxdur.

- Nikolas Kanalesin transfer olunması "Neftçi”nin hücum xəttinin zəif olmasından xəbər verir?

- Kanalesi şəxsən tanımıram. Amma bilirəm ki, komandamıza transfer olunub. Əlbəttə, əgər komandaya yeni hücumçu alınırsa, deməli zəif nöqtəmiz var.  Mən özüm haqda deyə bilərəm ki, sırf forvard deyiləm. 
 
- Kanalesin gəlişindən sonra hər hansı hücumçunun ehtiyat oyunçular skamiyasına göndərilmə ehtimalı var...
- Bu futboldur. Baş məşqçimizin verdiyi bütün qərarlara hazır olmalıyıq. 
 
- Premyer Liqanın növbəti turunda "Qarabağ”la qarşılaşacaqsız... 
- Əlimizdən gələni etməyə çalışacıq.  "Qarabağ” haqda çox danışmağa gərək yoxdur. "Qarabağ” Azərbaycanın ən güclü komandasıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right