“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin geridə qalan ilk iki oyunundan sonra ən sürətli futbolçuları müəyyənləşib.
Newsport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi Akim Zedadka komandanın ən sürətli oyunçusudur.
Əlcəzairli sağ cinah oyunçusu saatda 33.6 km sürət yığmağı bacarıb. Onu 33.3 km sürətlə fransalı müdafiəçi Stiv Solvet izləyir. Qabonlu hücumçu Patrik Mbina isə (32.9) ilk “üçlüy”ü qapayır.
“Sabah”ın lideri Coy-Lens Mikelsdə sürət saatda 32.7 km-dir. Ruanda millisinin üzvü komandanın ən sürətli 4-cü futbolçusudur. Nigeriyalı hücumçu Kristian Nvaçukvu 32.6 km sürətlə 5-ci sırada qərarlaşıb.
Qeyd edək ki, “Sabah” turnirin ilk turunda səfərdə “Mançester Yunayted”ə (0:4) məğlub olub, ikinci turda evdə “Slovan”a (2:0) qalib gəlib.