Bu gün Topaz Premyer Liqasında 21-ci tura start verilib.
Newsport.az-ın məlumatına görə, AZAL doğma meydanda "İnter"lə 0:0 bərabərə qalıb.
"AZAL Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Zaur Svanadze heç-heçəni belə şərh edib:
- Bu gün yaxşı oynamadıq, amma xal qazandıq. Qol imkanlarımız az oldu. Neçə oyundu qol vura bilmirik. Hazırlaşmaq lazımdı.
- Yeni hücumçu alınması ilə bağlı rəhnərliklə danışmısız?
- Bocumuza görə hücumçu ala bilmirik.
- Qış fasiləsindən sonra uğursuzluğu nəyə bağlayarsınız?
- Fasilədə 9 futbolçunu yola salıb, 3 yeni futbolçu almışıq. Bu, komandaya mənfi təsir göstərir.
- Gələcəkdə komandada nə kimi dəyişikliklər etmək fiktindəsiz?
- Əlimizdə olanlarla kifayətlənməliyik. Borclarımıza görə ciddi dəyişikliklər edə bilmirik.
- Klubun bu qədər borcunun olması futbolçuları ruhdan salır?
- Ola bilər. Amma futbolçular meydana çıxanda bunu unudur.
Futbolinfo.az