Tərlan əhmədov: "Günah bizdədi"

Bu gün Azərbaycan Premyer Liqasında 21-ci tura start verilib.
 
Newsport.az-ın məlumatına görə, AZAL doğma meydanda "İnter"lə 0:0 bərabərə qalıb.

"AZAL Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Tərlan əhmədov heç-heçəni belə şərh edib:

- Ağır oyun olacağını bilirdik. Əsasən müdafiədə etibarlı oynamaq istəyirdik. "Kəpəz"lə oyundan sonra ab-hava yaxşı idi. Bütün oyunu həyəcanla keçirdik. Hücum xəttimizdə problem olsa da, Koronadonun gəlişindən sonra bunun qaydasına düşəcəyinə inanıram. 

- Hakimliklə bağlı nə deyə bilərsiniz?  
- Ona heç bir etirazım yoxdu. Fikrimcə, normal idarə etdi. Səhvi özümdə axtarıram. Qol epizodu yarada bilmiriksə, günah bizdədi. 

- Adan Koronado komandaya tam uyğunlaşmayıb deyəsən...
- O, ağır zədədən qayıdıb. Uzun müddət məşq etməyib. 

- Zohair Benouahi matçı tribunadan izləyirdi. Danışıqlar aparırsız?  
- Xeyr, şəxsi işləri ilə əlaqədar gəlib. Onunla danışıqlar aparmırıq.

 

Futbolinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right