"Sabah"ın rəqibindən baş məşqçisi ilə bağlı yeni qərar

"Borussiya" baş məşqçi Niko Kovaç ilə əməkdaşlığı uzatdığını elan edib.

Newsport.az xəbər verir ki, bu barədə Dortmund klubunun rəsmi internet saytı məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında yeni müqavilə 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulub. 54 yaşlı mütəxəssislə bərabər, onun köməkçiləri Robert Kovaç və Filip Tapaloviç də Almaniya nəhəgində qalırlar.

Kovaç "Borussiya"ya 2025-ci ilin fevralından rəhbərlik edir. Komanda onun rəhbərliyi altında artıq 80 oyun keçirib (49 qələbə, 14 heç-heçə və 17 məğlubiyyət).

Qeyd edək ki, "Borussiya"ya "Sabah"ın Çempionlar Liqasındakı rəqiblərindən biridir. Oktyabrın 20-də Almaniyanın klubu Bakıda təmsilçimizlə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right