"Neftçi"nin kapitanı Messiyə xüsusi hədiyyə təqdim etdi

"Neftçi"nin futbolçusu, Benin millisinin kapitanı Sessi D’Almeyda Argentina ilə oyundan öncə dünya futbolunun əfsanəsi Lionel Messiyə xatirə hədiyyəsi təqdim edib.

Newsport.az xəbər verir ki, bu barədə Benin Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bu əlamətdar hadisə iki ölkə yığmaları arasında keçirilən yoldaşlıq görüşündən əvvəl reallaşıb. Paytaxt klubunun yarımmüdafiəçisi Buenos-Ayresdə baş tutan qarşılaşmadan öncə rəqib komandanın kapitanı Lionel Messiyə xüsusi xatirə suveniri bağışlayıb.

Qeyd edək ki, bu görüş həm də argentinalı ulduz forvardın milli komandadakı vida matçı kimi tarixə düşüb. Vida matçında Messi 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right