"Neftçi" "Xəzər Lənkəran"ı, AZAL "İnter"i məğlub yola saldı

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə birinciliyində 21-ci tura start verilib.

Newsport.az-ın  PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

"Neftçi" evdə "Xəzər Lənkəran"a 3:0, AZAL isə "İnter"ə 1:0 hesabı ilə qalib gəlib.

12 fevral

“Neftçi” - “Xəzər Lənkəran” - 3:0

Qollar: Bilal Qənbərov, 54 (1:0), Ərziman Rizvanov, 58 (2:0), Sənan Əbilov, 80 (3:0)

AZAL - “İnter” - 1:0

Qol: Tərlan Xəlilov, 38 (1:0)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right